AZ

Erlinq Holand Premyer Liqada Məhəmməd Salahın rekorduna yaxınlaşır

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

İngiltərə Premyer Liqasının birinci turu çərçivəsində keçirilmiş "Mançester Siti" - "Vulverhempton" matçı Erlinq Holand üçün əlamətdar olub.

Oxu.Az Sport24.ru-ya istinadla xəbər verir ki, 4:0 hesabı ilə "şəhərlilər"in qələbəsi ilə başa çatmış matçda dubla imza atan 25 yaşlı hücumçu yeni nailiyyətə imza atıb.

Belə ki, norveçli futbolçu İngiltərə Premyer Liqasındakı dördillik karyerası ərzində hər mövsüm birinci turda ən azı bir qol vura bilib.

Bu göstərici üzrə daha uzun seriya "Liverpul"dan Məhəmməd Salaha məxsusdur. O, 2017-2023-cü illərdə ardıcıl altı mövsümün startında qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
17
oxu.az

10Mənbələr