AZ

“Putin və Tramp 82 illik arzunu reallaşdırdı"

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ABŞ və Rusiya prezidentlərinin Alyaskadakı görüşünü tarixi hadisə adlandırıb.

"Ölkə.az" xəbər verir ki, onun sözlərinə görə, bu, hələ 82 il əvvəl ABŞ prezidenti Franklin Ruzveltin SSRİ rəhbəri İosif Stalinə təklif etdiyi, lakin baş tutmayan planın gerçəkləşməsidir.

Volodin bildirib ki, Putin və Trampın Alyaskada bir araya gəlməsi həmin tarixi ideyanın həyat tapması deməkdir:
“82 il öncə Ruzvelt Stalinlə məhz bu ştatda görüşməyi istəmişdi. İndi isə bu arzunu Putin və Tramp reallaşdırdılar”.

Deputatın fikrincə, bu görüş yalnız ikitərəfli münasibətlər üçün deyil, həm də qlobal siyasət üçün mühüm dönüş nöqtəsi ola bilər.

Seçilən
75
50
olke.az

10Mənbələr