Atlantik okeanı hövzəsində mövsümün ilk qasırğası olan “Erin” 5 kateqoriyaya kimi yüksəlib. SİA xəbər verir ki, Milli Qasırğa Mərkəzinin yaydığı məlumata əsasən küləyin sürəti saatda 260 kilometrə çatıb. ABŞ-ın bir neçə ştatında güclü yağış xəbərdarlığı edilib. “Erin” qasırğasının Puerto-Rikonun şimalına gedəcəyi və həftənin son günü daha da güclənəcəyi gözlənilir. Qasırğanın ABŞ-ın quru hissəsinə təsiri olmayacaq, lakin böyük dalğaların və həyat üçün təhlükə yaradan cərəyanların hələ də avqustun 20-dən 27-dək sahildə qüvvədə qalması ehtimal edilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta