AZ

Finlandiya Prezidenti “İstəklilər koalisiyası”nın iclasında iştirakını təsdiqləyib

Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Finlandiya Prezidenti Aleksander Stubb 17 avqust tarixində “İstəklilər koalisiyası” ölkələrinin toplantısında iştirak edəcəyini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə Finlandiya Prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Prezident Aleksander Stubb Ukraynanı dəstəkləyən ölkələr koalisiyasının liderlərinin bazar günü keçiriləcək görüşündə iştirak edəcək”, – bəyanatda deyilir.

Görüş Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts və Böyük Britaniya Baş Naziri Kir Starmerin sədrliyi ilə keçiriləcək.

Toplantı videoformatda baş tutacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
48
10
apa.az

10Mənbələr