AZ

Lavrov Fidanla Alyaska görüşünü müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidanla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub. SİA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, tərəflər Rusiya və Ukrayna arasında davam edən müharibənin bitməsi üçün görülən işləri, həmçinin ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin Alyaskada baş tutan görüşün nəticələrini müzakirə ediblər.

H.Fidan Ukraynanın Alyaskada başlayan prosesə qoşulması ilə davamlı sülhə töhfə veriləcəyinə ümid etdiyini və Türkiyənin də prosesə töhfə verməyə hazır olduğunu bildirib.

Seçilən
139
50
sia.az

10Mənbələr