Avqustun 16-da Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov və Türkiyə Respublikasının Xarici İşlər Naziri Hakan Fidanın arasında telefon danışığı olub.
Operativ Media Rusiya XİN-nə istinadən xəbər verir ki, tərəflər avqustun 15-də Alyaskada keçirilən Rusiya-Amerika sammitinin yekunlarına dair fikir mübadiləsi aparıblar.
Bundan başqa, qarşıdakı ikitərəfli təmasların qrafiki də müzakirə olunub.