AZ

Putin: Alyaskada baş tutan danışıqlar bizi lazımi qərarlara yaxınlaşdırır

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"ABŞ lideri Donald Trampla Alyaskada baş tutan danışıqlar bizi lazımi qərarlara yaxınlaşdırır".

Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ankoricdə Rusiya-ABŞ görüşünün yekunları üzrə keçirilən görüşdə deyib.

Dövlət başçısının sözlərinə görə, səfər vaxtında və çox faydalı olub.

"Biz qarşılıqlı fəaliyyətimizin demək olar ki, bütün sahələri haqqında, lakin ilk növbədə, təbii ki, Ukrayna böhranının ədalətli əsaslarla mümkün həllindən danışdıq", - Putin bildirib.

O qeyd edib ki, Trampla görüşdə Rusiyanın Ukraynadakı vəziyyətlə bağlı mövqeyini sakit və əsaslı şəkildə ifadə etmək imkanı olub.

"Söhbət çox səmimi, məzmunlu olub və fikrimcə, bu, bizi lazımi qərarlara yaxınlaşdırır", - Rusiya prezidenti bildirib.

Xatırladaq ki, avqustun 15-də Rusiya və ABŞ liderləri son yeddi ildə ilk dəfə genişmiqyaslı görüş keçiriblər. Sammit Alyaskadakı Elmendorf-Riçardson hərbi bazasında keçirilib və prezidentlərin əhəmiyyətli irəliləyiş barədə bəyanatlar verməsi, lakin heç bir razılaşma imzalanmaması ilə yekunlaşıb. Tramp və Putin əsas məsələləri müzakirə ediblər: Ukraynadakı münaqişəyə son qoyulması, nüvə silahlarına nəzarət perspektivləri, ikitərəfli iqtisadi və təhlükəsizlik əlaqələrinin bərpası.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
133
50
demokrat.az

10Mənbələr