AZ

Ərdoğandan Tramp-Putin görüşünə - Münasibət

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Ev rəhbəri Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında avqustun 16-da Alyaskada baş tutan görüşü müsbət qiymətləndirib.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə lideri bu barədə “X” hesabında paylaşım edib.

“ABŞ Prezidenti Tramp və Rusiya Prezidenti Putin arasında Alyaskada keçirilən danışıqlar Rusiya-Ukrayna müharibəsinə son qoymaq axtarışlarına yeni təkan verib. Biz Alyaska Sammitini alqışlayır və ümid edirik ki, Ukrayna Prezidenti Zelenskinin iştirakı ilə bu yeni proses davamlı sülhün əsasını qoyacaq. Türkiyə sülhün bərqərar olması üçün hər cür töhfə verməyə hazırdır”, - deyə Ərdoğan yazıb.

Seçilən
49
50
qafqazinfo.az

10Mənbələr