AZ

Maşınında xəncər saxlayan və polisə qanuni tələbinə tabe olmayan sürücü həbs edilib

Narkotikin təsiri altında xüsusi səs və sayrışan işıqlardan istifadə edən, dövlət qeydiyyat nişanı olmadan “Opel” markalı avtomobili idarə edən sürücü həbs edilib.

 

Pravda.az xəbər verir ki, sürücü nəqliyyat vasitəsinin şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər də (plyonka) çəkib.

 

Həmçinin, sürücünün avtomobilinə baxış zamanı əsa formasında xüsusi olaraq hazırlanmış qadağan olunan kəsici-deşici alət olan xəncər də aşkarlanıb.

 

Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları avtomobili sürücüyə “saxla” işarəsi verilib. Sürücü Vasif Hüseynli polisin qanuni əmrinə tabesizlik göstərərək ərazidən yayınmağa çalışsa da saxlanılıb.

 

Tibbi müayinə zamanı həmçinin, sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi də müəyyən olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə V.Hüseynli 20 sutka inzibati qaydada həbs edilib.

Tarix: 16 Avqust 2025, 16:48   
Seçilən
25
36
pravda.az

10Mənbələr