AZ

Azərbaycanlı referi FIBA-nın bayrağı altında keçirilən yarışlarda bu gün sonuncu dəfə hakimlik edəcək

Azərbaycanın basketbol hakimi Ələkbər Həsənov FIBA-nın bayrağı altında keçirilən beynəlxalq yarışlarda bu gün ədalət təmsilçisi kimi son oyununa çıxacaq.

Bu barədə Far.Az-ə Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

O, Gürcüstanda təşkil olunan 16 yaşadək oğlanlar arasında Avropa Çempionatında üçüncü yer uğrunda görüşü idarə edəcək.

Sloveniya - İtaliya qarşılaşması Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.

Seçilən
64
2
far.az

8Mənbələr