BAKI, 16 avqust. TELEQRAF
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalında 10,6%, tütün məmulatlarının istehsalında isə 8,1% artım, içki istehsalında isə 1,2% azalma müşahidə olunub.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bu sahələrin əsas məhsullarından makaron məmulatlarının istehsalı 2,6 dəfə, şəkər, qənd istehsalı 25,9% artıb, araq istehsalı 2,8%, meyvə-tərəvəz konservləri isə 0,6% azalıb.