Bakı, 15 avqust, AZƏRTAC
Emal sənayesində 2025-ci ilin yanvar-iyul aylarında 11 milyard 727,7 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalında 10,6 faiz, tütün məmulatlarının istehsalında 8,1 faiz artım, içki istehsalında isə 1,2 faiz azalma müşahidə olunub. Bu sahələrin əsas məhsullarından makaron məmulatlarının istehsalı 2,6 dəfə, şəkər, qənd istehsalı 25,9 faiz artıb, araq istehsalı 2,8 faiz, meyvə-tərəvəz konservləri isə 0,6 faiz azalıb.