AZ

Ukraynada zorakılıq dayandırılmalıdır - Aİ liderləri

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Ukraynada zorakılıq dayandırılmasa, Rusiyaya təzyiqlər davam edəcək.

TurkicWorld xəbər verir ki, Avropa İttifaqı ölkələrinin liderləri ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında Alyaskada keçirilən görüşdən sonra birgə bəyanat yayıblar. Bəyanata Fransa, İtaliya, Almaniya, Böyük Britaniya, Finlandiya, Polşa liderləri, Aİ Şurasının sədri Antonio Kosta və Aİ Komissiyasının rəhbəri Ursula fon der Leyen qoşulub.

Məlumata görə, Tramp görüşdən sonra Avropa liderlərini və Ukrayna prezidenti Vladimir Zelenskini əldə olunan nəticələrlə bağlı məlumatlandırıb. Onun Ukraynada zorakılıqları dayandırmaq və ədalətli sülhə nail olmaq istiqamətində səyləri alqışlanıb. ABŞ prezidentinin “Razılaşma olmayana qədər heç bir razılaşma yoxdur” ifadəsi sənəddə xüsusi vurğulanıb.

Bəyanatda həmçinin, Zelenskinin də iştirak edəcəyi növbəti görüşün keçirilməsinin vacibliyi qeyd olunub. Avropa liderləri bildiriblər ki, Ukraynanın suverenliyi və ərazi bütövlüyü üçün real təhlükəsizlik zəmanətləri təmin edilməlidir. Bununla yanaşı, Rusiyanın təzyiqləri dayandırılmadığı təqdirdə sanksiyaların davam edəcəyi vurğulanıb.

Qeyd edək ki, dünən Alyaskanı Ankoric şəhərində Tramp və Putin arasında üç saatlıq görüş baş tutub. Tramp görüşdə müəyyən irəliləyiş əldə olunduğunu, lakin yekun razılığın əldə edilmədiyini açıqlayıb.

Seçilən
96
50
turkic.world

10Mənbələr