Azərbaycanlı basketbol hakimi Ələkbər Həsənov bu gün FIBA-nın bayrağı altında sonuncu matçına çıxacaq.

Offsideplus.az xəbər verir ki, o, Gürcüstanda keçirilən 16 yaşadək oğlanlar arasında Avropa Çempionatında üçüncü yer uğrunda görüşü idarə edəcək.

Bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb

Sloveniya - İtaliya oyunu Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.