AZ

Tramp: "Zelenski ilə danışıqlar uğurlu alınsa, Putinlə görüş təyin edəcəyik"

"Zelenski ilə danışıqlar uğurlu olsa, Putinlə görüş təyin edəcəyik".

Moderator.az xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp özünün sosial şəbəkə hesabında yazıb.

“Alyaskada çox gözəl və uğurlu bir gün oldu. Rusiya Prezidenti Vladimir Putinlə görüş çox yaxşı keçdi. Həmçinin, gecə Ukrayna prezidenti Zelenski və NATO-nun hörmətli Baş katibi, eləcə də bir sıra Avropa liderləri ilə danışığım da uğurlu oldu.

Hamı razılaşdı ki, Rusiya və Ukrayna arasındakı bu dəhşətli müharibəni sonlandırmağın ən yaxşı yolu birbaşa sülh razılaşması üçün çalışmaqdır, sadəcə atəşkəs razılaşması əldə etmək deyil” - Tramp qeyd edib.

ABŞ lideri Zelenskinin bazar ertəsi Vaşinqtona səfər edəcəyini təsdiq edib və hər şeyin qaydasında gedəcəyi təqdirdə Rusiya lideri ilə görüş təyin edəcəklərini bəyan edib: "Potensial olaraq milyonlarla insanın həyatı xilas ediləcək".

Seçilən
99
50
moderator.az

10Mənbələr