AZ

Ötən gün aşkarlanan silah-sursatın sayı açıqlandı

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, avqustun 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 9 tüfəng, 2 patron darağı və 163 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.


Seçilən
151
49
news24.az

10Mənbələr