AZ

Alyaskadakı görüş Kremlin zəif mövqeyini aydın göstərdi - ŞƏRH

Bakı.Trend:

Alyaskadakı görüş, əslində, Kremlin zəif mövqeyini çox aydıngöstərdi. Görünən odur ki, Rusiya bu masa arxasına öz maraqlarınıirəli sürməkdən çox, ABŞ qarşısında yarınmaq üçün oturdu.Sanksiyaların təsiri Moskvanı ciddi silkələyib və Putin artıqtəzyiqləri yumşaltmaq üçün siyasi manevrlərə məcbur qalır. Bu,Kreml üçün prestij itkisi deməkdir.

Bu barədə Trend-ə ABŞ və Rusiya Prezidentlərinin Alyaskagörüşünü şərh edən siyasi şərhçi Tural İsmayılovdeyib.

Onun sözlərinə görə, Tramp danışıqlarda daha sərt və lidermövqedə görünürdü:

“O, masada oyunun qaydalarını diktə edən tərəf idi. Kreml bütünjestlərinə baxmayaraq Vaşinqtonun tələb və şərtlərinə uyğunlaşmaqməcburiyyətində qaldı. Bu da Rusiyanın diplomatik manevrimkanlarının nə qədər məhdud olduğunu göstərir.

Aydın oldu ki, Moskva indi ABŞ-yə qarşı müstəqil alternativsiyasət yürütmək iqtidarında deyil. Putinin yeganə məqsədi – Qərbintətbiq etdiyi sanksiyaları ləngitmək və mümkün qədər nəfəsalmaqdır. Ancaq bu, Rusiyanın geosiyasi imicinə ağır zərbə vurur.Çünki böyük güc statusunu iddia edən bir dövlət bu qədər açıqşəkildə təzyiq altında qalırsa, artıq o status şübhəaltındadır”.

T.İsmayılov qeyd edib ki, Trampın təcrübəsi və güclü liderxarizması Kremlin bütün addımlarını kölgədə qoydu. Rusiya tərəfinindanışıqlarda “oyunçu” yox, “xahişçi” kimi davranması nəzərdənqaçmadı:

“Bu, həm daxildə, həm də beynəlxalq aləmdə Kreml üçün mənfisiqnal sayılır. Əslində, görüşün ən böyük qalibi Tramp oldu – o,həm öz seçici bazasına mesaj verdi, həm də Rusiyanın zəiflikləriniüzə çıxardı. Rusiya isə itirən tərəfdir, çünki bu masa onun gücünüyox, əksinə, asılılığını göstərdi. Alyaskadakı dialoq Kreml üçünuğurlu nəticə yox, diplomatik ifşa oldu”.

Siyasi şərhçi Aqşin Kərimov Trend-ə bildirib ki,Alyaska görüşündə Vladimir Putin Rusiyanın Ukrayna müharibəsi iləəlaqədar maksimalist tələblərini fərqli tərzdə bir dahasəsləndirmiş oldu:

“Putin bunu ABŞ Prezidenti Donald Trampla mümkün sövdələşməkontekstində dilə gətirmiş oldu. O, ABŞ ilə Rusiyanın yaxınlığı,oxşar cəhətləri barədə kifayət qədər açıqlamalar verdi. Bununla,əslində, göstərdi ki, Donald Trampdan müəyyən güzəştlər istəyir.Ukrayna münaqişəsində Vladimir Putin əvvəlki hekayələri heç dəkənara qoymadı. Əksinə, bununla bağlı öz fikirlərini nisbətənfərqli formada da olsa, ifadə etmiş oldu”.

“Donald Tramp isə öz açıqlaması ilə hələ Rusiyanın əvvəlkimövqedə qaldığını nümayiş etdirdi. Donald Trampın qısa açıqlamasıda elə bu məsələyə dəlalət edir. Lakin ABŞ ilə Rusiya arasındayaxınlaşmalar, hətta Putinin növbəti görüşə işarə etməsi onu deməyəəsas verir ki, Moskvanın Trampdan müəyyən gözləntiləri var.Bunlardan biri də iqtisadi sanksiyaların aradanqaldırılmasıdır.

Rusiya sanksiyaları aradan qaldırmaqla daha da qüvvətlənməyihədəfləyir və Ukraynadakı müharibə kampaniyasını davam etdirməyiyeni geosiyasi dizaynda prioritetləşdirmək istəyir. Lakin ABŞ-nində strategiyası güclüdür. Birləşmiş Ştatlar Putinin hansı niyyətləvə məqsədlə oyun oynadığını yaxşı anlayır. Ona görə də bir müddətVladimir Putinin hansı ssenari üzrə hərəkət edəcəyini Trampizləyəcək. Ondan sonra da çıxacaq nəticələr Ukrayna müharibəsinintaleyihə həlledici təsir göstərə bilər”, - A.Kərimov qeyd edib.

Seçilən
30
50
az.trend.az

10Mənbələr