AZ

"Axios": Tramp və Putin hesab edir ki, Ukrayna ilə sülh sazişi atəşkəsdən daha yaxşıdır

ABŞ prezidenti Donald Tramp Vladimir Zelenski və Aİ liderləri ilə telefon danışığında Rusiya prezidenti Vladimir Putinlə müvəqqəti atəşkəsdənsə, Ukrayna üzrə hərtərəfli sülh sazişinin tərəfdarı olduqlarını bildirib.

APA xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Tramp Zelenskiyə və Avropa liderlərinə deyib ki, Putin atəşkəsdə deyil, müharibəyə son qoyacaq hərtərəfli nizamlanmada maraqlıdır. Tramp da hesab edir ki, sülh sazişinin tezliklə bağlanması atəşkəsdən daha yaxşıdır.

Seçilən
54
50
apa.az

10Mənbələr