AZ

7 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarıldı

BAKI, 16 avqust. TELEQRAF

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 15-də ümumi çəkisi 7 kiloqramdan artıq narkotik vasitə və 54 ədəd psixotrop tərkibli həb götürülüb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yabanı halda bitmiş 3 tondan artıq çəkidə 1725 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Seçilən
33
50
teleqraf.com

1Mənbələr