BAKI, 16 avqust. TELEQRAF
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 15-də ümumi çəkisi 7 kiloqramdan artıq narkotik vasitə və 54 ədəd psixotrop tərkibli həb götürülüb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yabanı halda bitmiş 3 tondan artıq çəkidə 1725 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.