AZ

Salah niyə ağladı? – FOTOLAR

İngiltərə Premyer Liqasının 1-ci turunun “Liverpul” – “Bornmut” oyunu (4:2) zamanı azarkeşlər avtomobil qəzasında həlak olan Dieqo Jotanı yad ediblər.

Msport.az xəbər verir ki, mersisaydlılar matçdan sonra portuqaliyalı futbolçunun adını səsləndirərək, ona həsr olunmuş mahnını oxuyublar.

“Liverpul”un qollarından birinin müəllifi olan Muhammed Salah “Enfild Roud”a toplaşmış azarkeşlərə təşəkkür edərkən göz yaşlarını saxlaya bilməyib.

Xatırladaq ki, Jota iyulun 3-də qardaşı ilə birgə İspaniyada avtomobil qəzası zamanı ölüb.

 

media-17553253112090212447

media-1755325320962216579

Seçilən
34
msport.az

1Mənbələr