AZ

Şəkidə ev YANDI

Şəkidə yaşayış olmayan ev yanıb. Yanğın hadisəsi rayonun Baş Göynük kəndində baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ikimərtəbəli 4 otaqdan ibarət evdə yanğın olub.

Yanğın nəticəsində evin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.
 

Yanğının söndürülməsi məqsədi ilə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın zamanı xəsarət alan olmayıb.


Yanğının genişlənərək ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb. Araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
63
11
bizim.media

8Mənbələr