Atlantik okeanında formalaşan "Erin" tropik fırtınası Saffir-Simpson şkalası üzrə ikinci kateqoriyaya çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin Qasırğaları Müşahidə üzrə Milli Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, atmosfer hadisəsi saatda 27 km sürətlə şimal-qərb istiqamətində hərəkət edir. Təbiət hadisəsi daxilində küləyin maksimum sürəti saniyədə 44,4 metrə çatır.
Qasırğa ilə əlaqədar hələlik fırtına xəbərdarlığı elan edilməyib.