AZ

Ukrayna ilə bağlı razılıq olub? - Tramp AÇIQLADI

ABŞ Prezidenti Donald Tramp bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar zamanı bir çox məsələlərdə, o cümlədən Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsində razılığa gəliblər.

Bizim.Media xəbər verir ki, bu barədə o, “Fox News”a müsahibəsində deyib.
 

Ondan Ukrayna üçün ərazilərin dəyişdirilməsi və NATO-dan asılı olmayan təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşmanın baş tutub-tutmayacağı soruşulub.


Buna cavab olaraq Tramp deyib: “Düşünürəm ki, bu bizim müzakirə etdiyimiz məqamlardır.

Bunlar, əslində, əsas olaraq razılaşdığımız məqamlardır”.

Bizim.Media

Seçilən
23
50
bizim.media

10Mənbələr