AZ

İranlı deputat: “Biz Vaşinqton və Nyu-Yorka raket zərbəsi endirə bilərik”

“Biz ABŞ-a dənizdən hücum edə bilərik. SEPAH 20 ildir bu məsələ üzərində işləyir ki, İran gəmiləri ilə ABŞ-a dənizdən hücum edə bilsin və biz artıq belə bir texnologiya hazırlamışıq".

Bizim.Media xəbər verir ki, bunu İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əmir Həyat Moqəddəm deyib.

“Birləşmiş Ştatlar bizdən təxminən 10 min kilometr uzaqdadır və biz gəmilərimizi bu ölkədən 2 min kilometr uzaqlığa çatdıra və oradan Vaşinqton, Nyu-York və digər şəhərləri raketlərlə hədəfə ala bilərik”- deyə o, əlavə edib.


Bizim.Media

Seçilən
12
50
bizim.media

10Mənbələr