Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə Alyaskadakı görüşündə nəzərdə tutulan işgüzar nahar yeməyi ləğv edilib.
"Report"un məlumatına görə, bu barədə NBC telekanalı məlumat yayıb.
Kanalın məlumatına görə, naharda həmçinin ABŞ-nin bir neçə yüksək rütbəli rəsmi şəxsinin iştirakı nəzərdə tutulurdu. Lakin görüşdən sonra liderlər dərhal mətbuat konfransına keçmək qərarına gəliblər.
Qeyd edək ki, artıq ABŞ və Rusiya prezidentləri Alyaskadan ayrılıblar.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.