AZ

Dünyanın ən bahalı brendləri - Siyahı

"Apple" şirkəti 2025-ci ildə dünyanın ən bahalı brendləri reytinqinə başçılıq edir.

Publika.az xəbər verir ki, bu barədə "BrandZ Top 100 Most Valuable Global Brands" hesabatında bildirilib.

Bu, artıq dördüncü ildir ki, baş verir. Şirkətin qiyməti bir il ərzində 28% artaraq 1,3 trilyon dollara çatıb.

Onun ardınca, əvvəlki ildə olduğu kimi, dəyəri 25 faiz (944,1 milyard dollara qədər) artan "Google" şirkəti gəlir.

"Microsoft Corp." 24% artımla (884,8 milyard dollara qədər) üçüncü, "Amazon.com Inc." isə 50% artımla (866,1 milyard dollara qədər) dördüncü yerdə mövqe tutub.

Seçilən
46
7
publika.az

8Mənbələr