ABŞ Prezidenti Donald Tramp ilə belaruslu həmkarı Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
Publika.az xəbər verir ki, söhbətin təfərrüatlarını Tramp “Truth Social”da paylaşıb.
“Belarusun çox hörmətli Prezidenti Aleksandr Lukaşenko ilə gözəl söhbətim oldu. Zəngin məqsədi 16 məhbusun azadlığa buraxılmasına görə ona təşəkkür etmək idi. Biz daha 1 300 məhbusun azadlığa buraxılmasını da müzakirə edirik”, - Ağ Ev rəhbəri bildirib.
Onlar Rusiya Prezidenti Vladimir Putinin Alyaska səfərini də müzakirə ediblər.