AZ

Lukaşenko və Tramp arasında telefon danışığı olub

Belarus Prezidenti Aleksandr Lukaşenko və amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub...

Oxu.Az xəbər verir ki, bu barədə Belarus prezidentinin Mətbuat Xidmətinə yaxın "Pul pervovo" "Telegram" kanalı məlumat yayıb.

"Lukaşenko və Tramp telefonla danışıblar", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, telefon danışığı RusiyaABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Alyaska görüşündən cəmi bir neçə saat əvvəl olub.
Daha sonra Tramp Lukaşenko ilə söhbəti təsdiqləyərək, Belarus prezidenti ilə görüşü səbirsizliklə gözlədiyini bildirib.

"Belarusun hörmətli Prezidenti Aleksandr Lukaşenko ilə gözəl söhbətim oldu. Zəngin məqsədi 16 məhbusun azadlığa buraxılmasına görə ona təşəkkür etmək idi. Biz daha 1 300 məhbusun azad edilməsini də müzakirə edirik.

Söhbətimiz çox yaxşı keçdi. Biz bir çox mövzuları, o cümlədən Prezident Putinin Alyaskaya səfərini müzakirə etdik. Gələcəkdə Prezident Lukaşenko ilə görüşməyi səbirsizliklə gözləyirəm!", - deyə ABŞ prezidenti "Truth Social" sosial şəbəkəsində yazıb.

Poliqon.info

Seçilən
30
8
poliqon.info

10Mənbələr