AZ

"Mənə motivasiya verən də elə budur" - Tomas Müller

Bu yay "Bayern Münhen"dən ayrılaraq Kanadanın "Vankuver" klubuna keçən hücumameyilli yarımmüdafiəçi Tomas Müller jurnalistlər önünə çıxıb.

Fanat.Az xəbər verir ki, almaniyalı ulduz mətbuat konfransında belə danışıb:

"Avropada uzun illər ərzində "Bayern"də oynamışam və orada keçirdiyim zamanla fəxr edirəm. "Vankuver"ə keçmək mənim üçün yeni macəra idi, amma macəra o vaxt maraqlı alınır ki, titul qazanmaq imkanın da olur. "Vankuver"in son illərdə nə dərəcədə inkişaf etdiyinə diqqət yetirsəniz, görərsiniz ki, mən bunu yalnız bu yox, gələn il də edə bilərəm. Keçmişdə qazanılan uğurlar deyil, gələcəkdə əldə edə biləcəyim nailiyyətlər haqda düşünürəm. Mənə motivasiya verən də elə budur".

Nihat 
 

Seçilən
42
50
fanat.az

10Mənbələr