AZ

İyul ayında Türkiyədən Azərbaycana tekstil ixracı 3 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin iyul ayında Azərbaycana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27,4 faiz azalaraq, 3 milyon 723 min 30 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Azərbaycana tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz artaraq, 27 milyon 249 min 62 dollara bərabər olub.

Qeyd edək ki, 22025-ci ilin yanvar-iyul aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz artaraq, 5 milyard 512 milyon 669 min dollara bərabər olub.

“Bu ilin iyul ayında Türkiyə 777 milyon 528 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 2,5 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 9 milyard 590 milyon 197 min dollar məbləğində tekstil ixrac edib.

Seçilən
66
13
turkic.world

10Mənbələr