AZ

Saakaşvili Trampın Azərbaycana münasibətindən yazdı: "Təsadüfi deyil"

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ABŞ Prezidenti Donald Trampın Azərbaycana münasibəti barədə fikrini bildirib. Oxu.Az-ın xəbərinə görə, bununla bağlı o, öz "Facebook" hesabında paylaşım edib.

 

"2012-ci ildə Donald Tramp Batumidə "Tramp Tower"in tikintisinə başladı.

 

2013-cü ildə İvanişvili tikintini dayandırdı və bütün bunları görən Azərbaycan 2013-cü ildə Bakıda tez bir zamanda "Tramp Tower"i inşa etdi.

 

Təsadüfi deyil ki, ABŞ Prezidenti Azərbaycana qarşı xüsusi dost münasibəti göstərir", - deyə o, paylaşımda yazıb.

Tarix: 15 Avqust 2025, 14:20   
Seçilən
14
8
pravda.az

9Mənbələr