AZ

Saakaşvili Trampın Azərbaycana münasibətindən yazdı: "Təsadüfi deyil"

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ABŞ Prezidenti Donald Trampın Azərbaycana münasibəti barədə fikrini bildirib.
 
Moderator.az-ın xəbərinə görə, bununla bağlı o, öz "Facebook" hesabında paylaşım edib.
 
"2012-ci ildə Donald Tramp Batumidə "Tramp Tower"in tikintisinə başladı.
 
2013-cü ildə İvanişvili tikintini dayandırdı və bütün bunları görən Azərbaycan 2013-cü ildə Bakıda tez bir zamanda "Tramp Tower"i inşa etdi.
 
Təsadüfi deyil ki, ABŞ Prezidenti Azərbaycana qarşı xüsusi dost münasibəti göstərir", - deyə o, paylaşımda yazıb.
 
Seçilən
16
8
moderator.az

9Mənbələr