AZ

Gəncədə keçiriləcək III MDB Oyunlarına hazırlıq gedir - Fotolar-Yenilənib

Gəncə şəhərində keçiriləcək III MDB Oyunlarına hazırlıqla bağlı şəhərin estetik görünüşünün yaxşılaşdırılması, mövcud yaşıllıqların mühafizəsi və qiymətləndirilməsi məqsədilə küçə, prospekt və parklarda quru, qəzalı, o cümlədən xəstəliyə yoluxmuş ağacların mərhələli şəkildə əvəzlənməsinə başlanılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, götürülən ağacların yerinə mövsümdə - sentyabr ayında  iqlim və torpaq şəraitinə uyğun yeni ağaclar əkiləcək.

Qurumuş və qəzalı ağacların vəziyyətinin qiymətləndirilməsi məqsədilə Gəncə Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi və Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən şəhər ərazisində monitorinqlər aparılıb. Belə ki, 500-dən çox bioloji inkişafdan qalmış, quru və qəzalı ağac müəyyən olunaraq inventarlaşdırılır, onların qeydiyyatı və nömrələnməsi işlərinə başlanılıb.

İnventarlaşdırılmış ağacların sayı, yerləri və onların yerinə mövsümdə əkiləcək yeni ağaclar barədə məlumatları ictimaiyyət www.agac.az səhifəsindən izləyə biləcək.

Qeyd edək ki, qurumuş və qəzalı ağacların götürülməsi və yerinə yeni ağacların əkilməsi işləri ETSN-in aidiyyəti qurumlarının iştirakı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən həyata keçiriləcək. Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətində ictimai dinləmənin keçirilməsi nəzərdə tutulub.

***

“Gəncə şəhərində qurumuş, qəzalı və ətraf mühitə mənfi təsir edən ağacların işarələnməsi və nişanlanması işlərinin aparılmasında məqsəd şəhərin ekoloji tarazlığının qorunması və yaşıllıq sahələrinin sağlamlaşdırılmasıdır.  Eyni zamanda Gəncəni daha yaşıllıqla zəngin, baxımlı və estetik şəhərə çevirmək, yaşıllıqlara qanunsuz müdaxilələrin və sui-istifadə hallarının qarşısını almaq və yaşıllıqları mühafizə etməkdir”.

Bunu “Qafqazinfo”ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib.

Onun sözlərinə görə, bioloji müxtəlifliyin dəstəklənməsi və iqlim dəyişikliyinə qarşı adaptasiya tədbirləri baxımından bu cür planlı işlər olduqca əhəmiyyətlidir.

Yunis Quliyev 










Seçilən
25
14
qafqazinfo.az

10Mənbələr