BAKI, 15 avqust. TELEQRAF
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axaməd kəndində yanğın olub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 242 m² olan ikimərtəbəli 8 otaqlı evin sahəsi 12 m² olan mətbəxinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.