AZ

Naxçıvanda 8 otaqlı ev yanıb

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axaməd kəndində yanğın olub.

Bu barədə Bakues.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 242 m² olan ikimərtəbəli 8 otaqlı evin sahəsi 12 m² olan mətbəxinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
29
2
icma.az

3Mənbələr