"Napoli"nin baş məşqçisi Antonio Konte diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, o, komandasının "Olimpiakos"la (2:1) yoxlama oyununda meydana daxil olub. Konte matçda rəqib futbolçuların hərəkətlərindən narazı qalıb.
36-cı dəqiqədə Yunanıstan komandasının hücumçusu Ayub El-Kaabinin qayda pozmasından sonra 56 yaşlı mütəxəssis əsəblərinə hakim ola bilməyib və meydana girib. Konte meydanda olarkən futbolçular arasında kiçik qarşıdurma yaşanıb.
Hakim El-Kaabiyə qayda pozuntusuna görə sarı vərəqə göstərib, Konte isə şifahi xəbərdarlıqla kifayətlənib. İki dəqiqə sonra insident aradan qaldırılıb və oyun davam edib.