Avrokuboklarda gözlənilməz nəticələrdən birinə də Cəbəllütariq və San Marino klubları imza atıb.
QOL.az xəbər verir ki, Cəbəllütariq təmsilçisi “Linkoln” Konfrans Liqasının Liqa mərhələsini, Avropa Liqasının isə pley-offunu təmin edib.
Komanda mübarizəyə Çempionlar Liqasının 1-ci mərhələsindən başlayab və İslandiyanın “Vikinqur” klubunu hər iki oyunda qalib gəlməklə (3:2, 1:0) mübarizədən kənarlaşdırıb.
“Linkoln” 2-ci mərhələdə “Svena Zvezda”ya rəqib olub. Serbiya klubuna uduzan (0:1, 1:5) komanda Avropa Liqasının 3-cü təsnifat mərhələsində Ermənistan təmsilçisi “Noah”la üz-üzə gəlib. “Linkoln” ilk görüşdə 1:1 hesablı heç-heçə etdiyi rəqibi ilə ötən gecə cavab matçına çıxıb. Görüşün əsas və əlavə vaxtı qolsuz başa çatıb. Penaltilərdə isə Cəbəllütariq klubu üzstün olub – 6:5.
San Marinonun "Virtus" klubu isə Konfrans Liqasında pley-offa vəsiqə əldə edib.
Təssüf ki, “cırtdan ölkə” dediyimiz Cəbüllatariq və San Marinonun klubları bu uğura nail olur, Azərbaycan təmsilçilərindən isə “Qarabağ”dan başqa digərləri artıq mübarizəni dayandırıb növbəti mövsümü gözləyirlər.