Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan da erməni mediasına verdiyi açıqlamasında Rusiya və İranın Zəngəzur dəhlizi ilə bağlı susqunluğundan narahatlığını dilə gətirib. Rusiyalı politoloq Mixail Aleksandrov isə deyib ki, Moskvanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi yəqin Alyaskada Putin-Tramp sammitindən sonra işlənib hazırlanacaq.
Bunlar isə onu deməyə əsas verir ki, Tramp-Putin sammitində Cənubi Qafqazda vəziyyət, xüsusən də avqustun 8-də Vaşinqtonda Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanması, Azərbaycan-ABŞ-Ermənistan liderləri arasında imzalanan üçtərəfli Birgə Bəyannamə də müzakirə olunacaq. Çünki rəsmi Kreml Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması və Zəngəzur dəhizi, "Tramp yolu" ilə bağlı Vaşinqton anlaşması barədə hələ də konkret mövqe sərgiləməyib.
Çox böyük ehtimal etmək olar ki, Tramp-Putin sammitində Kreml 8 avqust Vaşinqton anlaşmasından sonra Cənubi Qafqazda yaranan yeni reallığın nəticələrini müəyyən şərtlər daxilində qəbul edəcək və "Tramp yolu" layihəsinə qarşı çıxmayacaq. Əksinə, hesab etmək olar ki, tərəflər arasında Zəngəzur dəhlizində hansısa formada əməkdaşlıq, idarəçilik məsələlərində razılaşamalar əldə olunacaq. Tehranın da məsələdə o qədər kəskin mövqe sərgiləməməsi də bundan xəbər verir.
Prezident İlham Əliyevin İkinci Qarabağ savaşından sonra yaratdığı reallığa uyğun olaraq yürütdüyü siyasətinin ana xəttini Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək tutur. Hədəf bölgəni qarşıdurma məkanına deyil, birgə əməkdaşlıq coğrafiyasına çevriməkdir. Əminliklə qeyd etmək olar ki, Vaşinqton razılaşması da bütün maraqlı tərəflərə Zəngəzur dəhlizindən "qazan-qazan" prinsipinə uyğun olaraq birgə faydalı əməkdaşlıq üçün geniş imkanlar yaradır. Bütün tərəflər də bundan öz geosiyasi, geoiqtisadi ambisiyalarının toqquşmasına deyil, ancaq öz faydası üçün yararlanacaq. Biz növbəti dəfə Bakının uğur diplomatiyasının şahidi olacağıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31