AZ

Ukrayna ordusu Rusiyanın “Olya” limanına zərbə endirib

Kiyev, 15 avqust, AZƏRTAC

Ukrayna Silahlı Qüvvələri Həştərxan vilayətində (Rusiya) “Olya” dəniz limanına hücum edərək pilotsuz uçuş aparatları üçün komponentlər olan gəmini, həmçinin İranın döyüş sursatlarını məhv edib.

Bu barədə AZƏRTAC Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadla xəbər verir.

Qeyd olunub ki, əməliyyat avqustun 14-də Əlahiddə Ümumqoşun Ordusunun hissələri tərəfindən Ukrayna ordusunun digər bölmələri ilə birgə həyata keçirilib.

Məlumatda bildirilib: “Mövcud məlumatlara görə, “Şahed” tipli PUA üçün komponentlər və İrandan gələn sursatla yüklənmiş "Port Olya - 4" gəmisi məhv edilib. Hücumun nəticələri dəqiqləşdirilir”.

Hərbçilər həmçinin əlavə ediblər ki, ruslar “Olya” limanından İranın hərbi təyinatlı mallarının çatdırılması üçün mühüm logistika məntəqəsi kimi istifadə edirlər.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
19
50
azertag.az

10Mənbələr