AZ

Daşqın nəticəsində onlarcası itkin düşüb

Ajans.az BBC-ə istinadən xəbər verir ki, təxminən 50 nəfərin itkin düşdüyü güman edilir. Səlahiyyətlilər daşqına “bulud partlayışı”nın səbəb olduğunu bildiriblər. Daşqın zamanı bir neçə ev, maşın və zəvvarların nahar etdiyi böyük icma mətbəxi tamamilə yuyulub. Yolların sıradan çıxması və əlverişsiz hava şəraiti xilasetmə əməliyyatlarını çətinləşdirir, helikopterlərin uçmasına imkan vermir. Xilasedicilər bölgədə axtarış işlərini davam etdirir. Onlarla zəvvar təhlükəsiz yerlərə təxliyyə edilib. Hadisə ilə əlaqədar Hindistanın baş naziri Narendra Modi zərərçəkənlərə hər cür yardım göstəriləcəyini vəd edib.

Hindistanın şimalında son günlər yağan güclü yağışlar bir neçə əyalətdə daşqınlara səbəb olub.

Seçilən
19
50
Ajans.az

10Mənbələr