AZ

Baş nazir İşiba: Yaponiya bir daha heç vaxt səhv etməyəcək

Yaponiyanın Baş naziri Şigeru İşiba İkinci dünya müharibəsinin dərslərini xatırlamağa çağırıb və ölkəsinin öz yolunu seçməkdə bir daha heç vaxt səhv etməyəcəyinə söz verib.

“İki sahil” xəbər verir ki, bunu S.İşiba Yaponiyanın İkinci dünya müharibəsində təslim olduğunu elan etməsinin 80 illiyi münasibətilə keçirilən milli anım mərasimində çıxışı zamanı deyib.

Mərasim Tokiodakı "Nippon Budokan" zalında keçirilib.

Yaponiya hökumətinin başçısı vurğulayıb ki, müharibənin dəhşətləri heç vaxt təkrarlanmamalıdır. İşiba söz verib: "Biz irəlilədiyimiz yolu yenidən seçməkdə heç vaxt səhv etməyəcəyik".

Yaponiyanın Baş naziri xatırladıb ki, İkinci dünya müharibəsində məğlub olduqdan sonra ölkəsi ardıcıl olaraq sülhsevər dövlət kimi irəliləyib və bütün dünyada sülhün qorunması üçün əlindən gələni edib. Hökumət başçısı Yaponiyanın bu siyasəti davam etdirəcəyini vurğulayıb.

Seçilən
11
1
ikisahil.az

2Mənbələr