AZ

Azərbaycanda qadın sahibkarlar üçün ilk beynəlxalq “She’s Next” Hakatonuna qeydiyyat artıq açıqdır

Rəqəmsal ödəmələrdə dünya lideri olan “Visa”, “Reinvantage” şirkəti ilə tərəfdaşlıqda Şərqi və Cənub-Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz ölkələrində, o cümlədən Azərbaycanda qadınlar üçün ilk “She’s Next” Hakatonuna start verir.

Qadın sahibkarları dəstəkləyən qlobal “She's Next Empowered by Visa” təşəbbüsü çərçivəsində təşkil olunmuş bu proqram regiondakı qadınlara 20-yə yaxın ekspertdən bilik qazanmaq, mentorluq əldə etmək, bizneslərinin görünənliyini artırmaq və 20 000 ABŞ dolları məbləğində mükafat fondu uğrunda yarışmaq şansı təklif edir.

“She's Next” Hakatonu cəsur düşüncə, real dünya həlləri və biznesdə inklüziv innovasiyaları təşviq etmək üçün nəzərdə tutulub. Ənənəvi hakatonlardan fərqli olaraq, burada iştirakçılar kodlaşdırma (kompüter proqramlaşdırması) ilə məşğul olmayacaqlar, əvəzində əsas diqqəti biznes strategiyasına və problemlərin həllinə yetirəcəklər. İştirakçılar maliyyə dayanıqlılığı, biznesdə strateji istiqamətin dəyişməsi, bazarın genişləndirilməsi, tendensiyaların proqnozlaşdırılması və sahibkarlığa aid digər problemlər üzərində işləyəcəklər.

Proqram bir neçə mərhələdən ibarət olacaq:
• 29 avqust: ərizə qəbulu üçün son tarix
• 3-12 sentyabr: biznes təhsili mərhələsi
• 16 sentyabr: iştirakın təsdiqlənməsi və komandaların formalaşdırılması
• 18 sentyabr – 1 oktyabr: Hakaton

Bütün fəaliyyətlər tamamilə onlayn və yalnız ingilis dilində həyata keçiriləcək.

“She’s Next” rəqəmsal icması və digər maraqlı tərəflərin iştirakı ilə 3 oktyabrda açıq virtual toplantı formatında keçiriləcək Böyük Final Hakatonun kulminasiyası olacaq. Bu tədbirdə uğurlu sahibkarlar, biznes liderləri və Visa nümayəndələri bir araya gələrək bilik mübadiləsi aparacaq və qadınların innovativ gücünü bayram edəcəklər. Tədbirdə Hakaton zamanı işlənib-hazırlanmış biznes konsepsiyaları təqdim olunacaq, eləcə də ana çıxışlar səslənəcək, maraqlı müzakirələr biznes viktorinası baş tutacaq.

Proqram çərçivəsində iştirakçılar səriştəli biznes mütəxəssislərinin keçirdiyi və praktiki biliklər təqdim etdiyi 4 onlayn vebinardan yararlanacaqlar. Hakaton mərhələsinə yüksələn komandalar təcrübəli biznes təsisçiləri, məsləhətçilər və innovasiya ekspertləri ilə ən az 3 mentorluq sessiyasında fərdi təlimat alacaqlar. Bütün iştirakçılar həmçinin beynəlxalq biznes əlaqələri qurmaq üçün geniş imkanlar əldə edəcək və regionun hər bir ölkəsindən həmfikir qadın sahibkarları birləşdirən əhatəli “She’s Next” rəqəmsal platformasına qoşulmağa dəvət olunacaqlar.

Qaliblər 3 kateqoriya üzrə müəyyən olunacaq:
• Əsas mükafat – 10 000 ABŞ dolları
• İnnovativ yanaşma – 5 000 ABŞ dolları
• Sosial səmərəlilik – 5 000 ABŞ dolları

Pul mükafatları ilə yanaşı, müsabiqənin qalibləri sənaye liderləri ilə 3 aylıq mentorluq, “Visa” və “Reinvantage” platformalarında geniş görünənlik, gələcək tədbirlərə dəvətlər, “She’s Next” icması daxilində davamlı tanıtım imkanları qazanacaq, eləcə də regionun KİV-lərinə yayılan rəsmi mətbuat açıqlamasında ayrıca qeyd olunacaqlar.

“Qadın liderliyinın və sahibkarlığının uzunmüddətli tərəfdarı olaraq, “Visa” inanır ki, qadınlar inklüziv iqtisadi artımı irəli aparmaq iqtidarındadırlar, - deyə “Visa”nın Baş vitse-prezidenti, Şərqi və Cənub-Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz üzrə regional meneceri Kristina Doroş (Cristina Doros) bildirib. – Regionumuzda 5 ildən artıq uğurla genişlənən “She’s Next Empowered by Visa” təşəbbüsü çərçivəsində keçirilən “She’s Next” Hakatonu qadınların hüquq və imkanlarının genişləndirilməsi missiyamızda yeni mərhələni təmsil edir. Həmin proqram üzrə “Reinvantage” ilə əməkdaşlıqdan qürur duyuruq. Əməkdaşlığımız 2022-ci ildə qadın sahibkarlığına dair regional sorğu ilə başladı və bir il sonra “She’s Next” rəqəmsal icma platformasının təqdim edilməsi ilə davam etdi. “She’s Next” Hakatonu sadəcə bir müsabiqə deyil, o, cürətli ideyalar və güclü liderlik üçün start meydançasıdır. Bu proqramın yeni sahibkarlıq istedadlarını necə yüksəldəcəyini görmək məni çox həyəcanlandırır”.

“She’s Next” Hakatonunda iştirak istənilən mərhələdə – yenicə öz işini qurmuş qadınlardan oturuşmuş sahibkarlaradək hər kəs üçün açıqdır. Siz fərdi qaydada və ya komanda kimi (5 nəfərə qədər) qeydiyyatdan keçə bilərsiniz. Qarışıq-cinsli komandalar da qəbul edilir, lakin onlara qadınlar rəhbərlik etməlidir.

"Yenidən kəşf sadəcə dəyişikliklərə və qeyri-müəyyənliyə cavab deyil – o, gələcəyin artıq tələb etdiyi həlləri ortaya çıxarmağa imkan verən bir təfəkkürdür. “She's Next” Hakatonu qadın sahibkarların yeni nəslini bu düşüncə tərzinə kökləmək məqsədini qoyur, strategiyalarla təchiz etməklə yanaşı, onlarda məqsədyönlülük, çeviklik və uzaqgörənlik bəsləməklə irəliyə doğru addımlamaq üçün inam yaradır. Bu, təkcə sahibkarlıq deyil – inklüziv, dayanıqlı biznesin gələcəyini formalaşdırmaq deməkdir”, - deyə “Reinvantage” şirkətinin Transformasiyalar üzrə direktoru Endryu Vrobel (Andrew Wrobel) bildirib.

İştirak qaydalarını daha ətraflı öyrənmək və “She’s Next” Hakatonunda qeydiyyatdan keçmək üçün https://shesnext.emergingeurope.org/hackathon2025/ linkinə daxil olun. Qeydiyyat 29 avqust tarixinədək açıqdır.

“Visa” haqqında

Visa (NYSE: V ) rəqəmsal ödəmələrdə dünya lideridir və dünyanın 200-dən çox ölkə və regionunda istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında maliyyə əməliyyatlarını dəstəkləyir. Missiyamız ən innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə ayrı-ayrı bizneslərə və bütöv iqtisadiyyatlar üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, hər zaman hamını daxil edən iqtisadiyyatlar bütün dünyada hər zaman hamının güzəranını yaxşılaşdırır və iqtisadi əlçatanlığı pulların gələcək qlobal hərəkətinin əsası kimi görürük. Daha ətraflı məlumat üçün: visa.com.az

“Reinvantage” haqqında

“Reinvantage”, insanlara və təşkilatlara dəyişikliyi öncədən görməyə, aktuallığı qoruyub saxlamağa və növbəti addımları planlamağa kömək edən strateji yenidən kəşf şirkətidir. O, təfəkkürdən başlamış strategiyanın icrasınadək hər səviyyədə yenidən kəşfi dəstəkləmək üçün ixtisaslaşmış məsləhətləri və gələcək yönlü qənaətləri bir araya gətirir. “Reinvantage” həmçinin regionda innovasiyalara və dayanıqlı inkişafa yönəlmiş “Emerging Europe” (“İnkişafda olan Avropa”) adlı uzunmüddətli təşəbbüsü həyata keçirir və məhz bu təşəbbüs vasitəsilə “She's Next” rəqəmsal platformasını idarə edir. Bu inteqrasiya olunmuş model hər bir proqramın, tərəfdaşlığın və ya təşəbbüsün real dünya aktuallığını və uzunmüddətli təsirə əsaslanmasını təmin edir. Daha ətraflı məlumat üçün: reinvantage.org

Qaydalar

“She’s Next” Hakatonunun toplam qaydaları ilə tədbirin rəsmi səhifəsində https://shesnext.emergingeurope.org/hackathon2025/ tanış olun.

Seçilən
2
1
report.az

2Mənbələr