Bakı. Trend:
Rəqəmsal ödəmələrdə dünya lideri olan Visa, Reinvantageşirkəti ilə tərəfdaşlıqda Şərqi və Cənub-Şərqi Avropa, MərkəziAsiya və Qafqaz ölkələrində, o cümlədən Azərbaycanda qadınlar üçünilk She’s Next Hakatonuna start verir. Qadın sahibkarlarıdəstəkləyən qlobal She's Next Empowered by Visa təşəbbüsüçərçivəsində təşkil olunmuş bu proqram regiondakı qadınlara 20-yəyaxın ekspertdən bilik qazanmaq, mentorluq əldə etmək,bizneslərinin görünənliyini artırmaq və 20 000 ABŞ dollarıməbləğində mükafat fondu uğrunda yarışmaq şansı təklif edir.
She's Next Hakatonu cəsur düşüncə, real dünya həllərivə biznesdə inklüziv innovasiyaları təşviq etmək üçün nəzərdətutulub. Ənənəvi hakatonlardan fərqli olaraq, burada iştirakçılarkodlaşdırma (kompüter proqramlaşdırması) ilə məşğul olmayacaqlar,əvəzində əsas diqqəti biznes strategiyasına və problemlərin həllinəyetirəcəklər. İştirakçılar maliyyə dayanıqlılığı, biznesdə stratejiistiqamətin dəyişməsi, bazarın genişləndirilməsi, tendensiyalarınproqnozlaşdırılması və sahibkarlığa aid digər problemlər üzərindəişləyəcəklər.
Proqram bir neçə mərhələdən ibarət olacaq:
- 29 avqust: ərizə qəbulu üçün son tarix
- 3-12 sentyabr: biznes təhsili mərhələsi
- 16 sentyabr: iştirakın təsdiqlənməsi vəkomandaların formalaşdırılması
- 18 sentyabr – 1 oktyabr: hakaton
Bütün fəaliyyətlər tamamilə onlayn və yalnız ingilis dilindəhəyata keçiriləcək.
She’s Next rəqəmsal icması və digər maraqlı tərəfləriniştirakı ilə 3 oktyabrda açıq virtual toplantıformatında keçiriləcək Böyük Final Hakatonunkulminasiyası olacaq. Bu tədbirdə uğurlu sahibkarlar, biznesliderləri və Visa nümayəndələri bir araya gələrək bilik mübadiləsiaparacaq və qadınların innovativ gücünü bayram edəcəklər. TədbirdəHakaton zamanı işlənib-hazırlanmış biznes konsepsiyaları təqdimolunacaq, eləcə də ana çıxışlar səslənəcək, maraqlı müzakirələrbiznes viktorinası baş tutacaq.
Proqram çərçivəsində iştirakçılar səriştəli biznesmütəxəssislərinin keçirdiyi və praktiki biliklər təqdim etdiyi 4onlayn vebinardan yararlanacaqlar. Hakaton mərhələsinə yüksələnkomandalar təcrübəli biznes təsisçiləri, məsləhətçilər vəinnovasiya ekspertləri ilə ən az 3 mentorluq sessiyasında fərditəlimat alacaqlar. Bütün iştirakçılar həmçinin beynəlxalq biznesəlaqələri qurmaq üçün geniş imkanlar əldə edəcək və regionun hərbir ölkəsindən həmfikir qadın sahibkarları birləşdirən əhatəliShe’s Next rəqəmsal platformasına qoşulmağa dəvətolunacaqlar.
Qaliblər 3 kateqoriya üzrə müəyyən olunacaq:
- Əsas mükafat – 10 000 ABŞ dolları
- İnnovativ yanaşma – 5 000 ABŞ dolları
- Sosial səmərəlilik – 5 000 ABŞ dolları
Pul mükafatları ilə yanaşı, müsabiqənin qalibləri sənayeliderləri ilə 3 aylıq mentorluq, Visa və Reinvantageplatformalarında geniş görünənlik, gələcək tədbirlərə dəvətlər,She’s Next icması daxilində davamlı tanıtım imkanlarıqazanacaq, eləcə də regionun KİV-lərinə yayılan rəsmi mətbuataçıqlamasında ayrıca qeyd olunacaqlar.
“Qadın liderliyinın və sahibkarlığının uzunmüddətlitərəfdarı olaraq, Visa inanır ki, qadınlar inklüziv iqtisadi artımıirəli aparmaq iqtidarındadırlar,” – deyə Visa-nın Başvitse-prezidenti, Şərqi və Cənub-Şərqi Avropa, Mərkəzi Asiya vəQafqaz üzrə regional meneceri Kristina Doroş (CristinaDoros) bildirib. – “Regionumuzda 5 ildən artıq uğurlagenişlənən “She’s Next Empowered by Visa” təşəbbüsüçərçivəsində keçirilən “She’s Next” Hakatonu qadınlarınhüquq və imkanlarının genişləndirilməsi missiyamızda yeni mərhələnitəmsil edir. Həmin proqram üzrə Reinvantage iləəməkdaşlıqdan qürur duyuruq. Əməkdaşlığımız 2022-ci ildə qadınsahibkarlığına dair regional sorğu ilə başladı və bir il sonra“She’s Next” rəqəmsal icma platformasının təqdim edilməsi ilədavam etdi. “She’s Next” Hakatonu sadəcə bir müsabiqə deyil, o,cürətli ideyalar və güclü liderlik üçün start meydançasıdır. Buproqramın yeni sahibkarlıq istedadlarını necə yüksəldəcəyini görməkməni çox həyəcanlandırır”.
She’s Next Hakatonunda iştirak istənilən mərhələdə –yenicə öz işini qurmuş qadınlardan oturuşmuş sahibkarlaradək hərkəs üçün açıqdır. Siz fərdi qaydada və ya komanda kimi (5 nəfərəqədər) qeydiyyatdan keçə bilərsiniz. Qarışıq-cinsli komandalar daqəbul edilir, lakin onlara qadınlar rəhbərlik etməlidir.
"Yenidən kəşf sadəcə dəyişikliklərə və qeyri-müəyyənliyəcavab deyil – o, gələcəyin artıq tələb etdiyi həlləri ortayaçıxarmağa imkan verən bir təfəkkürdür. “She's Next”Hakatonu qadın sahibkarların yeni nəslini bu düşüncə tərzinəkökləmək məqsədini qoyur, strategiyalarla təchiz etməklə yanaşı,onlarda məqsədyönlülük, çeviklik və uzaqgörənlik bəsləməklə irəliyədoğru addımlamaq üçün inam yaradır. Bu, təkcə sahibkarlıq deyil –inklüziv, dayanıqlı biznesin gələcəyini formalaşdırmaqdeməkdir,” – deyə Reinvantage şirkətininTransformasiyalar üzrə direktoru Endryu Vrobel (AndrewWrobel) bildirib.
İştirak qaydalarını daha ətraflı öyrənmək və She’s NextHakatonunda qeydiyyatdan keçmək üçün https://shesnext.emergingeurope.org/hackathon2025/linkinə daxil olun. Qeydiyyat 29 avqusttarixinədək açıqdır.
Visa haqqında
Visa (NYSE: V) (Nyu-York fond birjasında Vsimvolu ilə tanınır) rəqəmsal ödəmələrdə dünya lideridir vədünyanın 200-dən çox ölkə və regionunda istehlakçılar, biznes,maliyyə və hökumət təşkilatları arasında maliyyə əməliyyatlarınıdəstəkləyir. Missiyamız ən innovativ, rahat, etibarlı və təhlükəsizödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə ayrı-ayrıbizneslərə və bütöv iqtisadiyyatlar üçün davamlı inkişafimkanlarını təmin etməkdir. Biz əminik ki, hər zaman hamını daxiledən iqtisadiyyatlar bütün dünyada hər zaman hamının güzəranınıyaxşılaşdırır və iqtisadi əlçatanlığı pulların gələcək qlobalhərəkətinin əsası kimi görürük. Daha ətraflı məlumat üçün: visa.com.az
Reinvantage haqqında
Reinvantage, insanlara və təşkilatlara dəyişikliyiöncədən görməyə, aktuallığı qoruyub saxlamağa və növbəti addımlarıplanlamağa kömək edən strateji yenidən kəşf şirkətidir. O,təfəkkürdən başlamış strategiyanın icrasınadək hər səviyyədəyenidən kəşfi dəstəkləmək üçün ixtisaslaşmış məsləhətləri vəgələcək yönlü qənaətləri bir araya gətirir. Reinvantagehəmçinin regionda innovasiyalara və dayanıqlı inkişafa yönəlmişEmerging Europe (“İnkişafda olan Avropa”) adlıuzunmüddətli təşəbbüsü həyata keçirir və məhz bu təşəbbüsvasitəsilə She's Next rəqəmsal platformasını idarə edir.Bu inteqrasiya olunmuş model hər bir proqramın, tərəfdaşlığın və yatəşəbbüsün real dünya aktuallığını və uzunmüddətli təsirəəsaslanmasını təmin edir. Daha ətraflı məlumat üçün: reinvantage.org
Qaydalar
She’s Next Hakatonunun toplam qaydaları ilə tədbirinrəsmi səhifəsində https://shesnext.emergingeurope.org/hackathon2025/tanış olun.