AZ

Hepatit, piylənmə və alkoqol – Ölümcül pandemiyanın əsas səbəbləri

Tibb mütəxəssislərinin “səssiz, lakin ölümcül pandemiya” adlandırdığı qaraciyər xərçəngi ilə bağlı qlobal həyəcan təbili çalınıb.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, “The Lancet” jurnalında dərc olunan yeni araşdırmaya görə, tədbir görülməzsə, 2050-ci ilə qədər dünyada 1,5 milyon yeni qaraciyər xərçəngi hadisəsi qeydə alınacaq.

Ən çox rast gəlinən növ – hepatoselüler karsinoma (HCC) – dünya üzrə sürətlə artmaqdadır. Beynəlxalq Hepatoselüler Karsinoma Komissiyasının 30-dan çox ölkədən mütəxəssislərinin hazırladığı hesabat göstərir ki, 2022-ci ildə 0,87 milyon yeni hadisə qeydə alınıb, 2050-ci ildə isə bu rəqəm 1,52 milyona çatacaq.

Orqan Nəqli və Ümumi Cərrahiyyə Mütəxəssisi Dos. Prof. Dr. Veysel Umman bildirib ki, qaraciyər uzun müddət heç bir əlamət vermədən xəstələnə bilər:

“Qaraciyər yağlanması hallarına ciddi yanaşmaq, mütəmadi müayinələrdən keçmək lazımdır. Əks halda gecikmiş diaqnoz həyat itkisinə gətirib çıxara bilər.”

Mütəxəssislərin fikrincə, xəstəliyin yayılmasının əsas səbəbləri bunlardır:

Hepatit B və C viruslarının geniş yayılması;

Spirtli içkilərin həddindən artıq qəbulu;

Piylənmə və qaraciyər yağlanması;

Şəkərli diabet və qeyri-sağlam qidalanma;

Oturaq həyat tərzi.

Dr. Umman vurğulayıb ki, erkən mərhələdə aşkarlanan xəstələrə cərrahiyyə, ablasiya və ya qaraciyər transplantasiyası kimi müalicələr tətbiq edilə bilər. Lakin gecikmiş diaqnoz zamanı sağalma şansı kəskin azalır. Onun sözlərinə görə, risk qrupunda olan şəxslərin hər 6 aydan bir qaraciyər ultrasəs müayinəsindən keçməsi həyati əhəmiyyət daşıyır.

Seçilən
11
5
konkret.az

6Mənbələr