AZ

Çin yanvar-iyul aylarında neft hasilatını 1,3%, qaz hasilatını isə 6% artırıb

Çinin yanvar–iyul aylarında energetika sektorunda neft hasilatı illik müqayisədə 1,3%, qaz hasilatı isə 6% artıb.

Operativ Media xəbər verir ki, bu barədə Çinin Milli Statistika Bürosu məlumat yayıb.

Hesabat dövründə Çin neft-qaz şirkətləri tərəfindən 126,6 milyon ton neft və 152,5 milyard kubmetr qaz hasil edilib. Açıqlanan məlumata əsasən, iyul ayında orta gündəlik neft hasilatı 585 min ton, qaz hasilatı isə 700 milyon kubmetr təşkil edib. Yeddi ay ərzində neft emalı həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% artaraq 424,68 milyon tona çatıb.

Çin Gömrük İdarəsinin məlumatına görə, 2023-cü ildə ölkənin neft və qaz idxalı müvafiq olaraq 11% və 9,9% artıb. 2024-cü ildə isə bu göstəricilər 1,8% (212,82 milyon ton) və 6,2% (246,4 milyard kubmetr) təşkil edib.

Seçilən
20
2
operativmedia.az

3Mənbələr