AZ

Ermənistan Türkiyə ilə normal münasibət niyyətindədir ŞƏRH

Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Paşinyan Azərbaycan və Türkiyə ilə kompleks sülh strategiyası hazırlayır"

Türkiyə və Ermənistan konkret olaraq sərhədin açılması məsələsini hələ müzakirə etmir, danışıqlar prosesi davam edəcək. Bu barədə hökumətə yaxın Türkiyə mediası yazıb. Bildirilib ki, rəsmi Ankara münasibətlərin normallaşması üzrə danışıqlar prosesinin davam etdirilməsində maraqlı olduğunu ən yüksək səviyyədə ifadə edib. Xüsusi nümayəndələr bu məsələni diplomatik kanallar vasitəsilə razılaşdıracaqlar. 

Erməni türkoloq Mqer Abramyan iddia edib ki, Vaşinqtonda İrəvan-Bakı memorandumunun imzalanmasında Ankaranın mühüm rolu olub və gələcəkdə onun Zəngəzur dəhlizinin açılmasında iştirak dərəcəsi ABŞ-dən qat-qat yüksək olacaq. Onun sözlərinə görə, bu sənəddən ən çox razı qalan Türkiyədir: "Belə desək, sənəd Türkiyənin istəklərinə uyğunlaşdırıldı və Ankara onun ABŞ-də imzalanmasını hər cür təşviq etdi. Əgər bu məsələyə Amerika tərəfindən hər cür şərait yaradılarsa, o zaman bu məsələyə aydınlıq gətiriləcək". Abramyan qeyd edib ki, dəhlizə Ankara nəzarət edəcək, çünki ABŞ və Türkiyə strateji müttəfiqdir və NATO-nun bir hissəsidir. Analitik əlavə edib ki, NATO-nun son bəyanatları fonunda Türkiyənin regiondakı rolu artıb və ölkənin Avropanın təhlükəsizliyini təmin etməyə qadir olan Alyansın əsas dövlətlərindən biri kimi vurğulanır. Abramyanın iddiasına görə, regionda mövqeləri daha da güclənən Türkiyə Cənubi Qafqazda öz təsirini artırır, Rusiya və İranı sıxışdırır. Bəyannamənin imzalanmasının Türkiyə ilə münasibətlərin normallaşmasına gətirib çıxaracağı ilə bağlı bəyanat yalnız ondan irəli gəlir ki, Ermənistan hakimiyyəti Ankaranın bütün tələblərini yerinə yetirir və yerinə yetirəcək. Ankara bütün şərtləri yerinə yetirdikdə İrəvanla münasibətlərini normallaşdıracaq". 

Politoloq Turab Rzayev deyib ki, Ermənistanın məqsədi Türkiyə ilə münasibətləri tezliklə normallaşdırmaqdır. Ekspert vurğulayıb ki, Nikol Paşinyan Türkiyə ilə sərhədlərin açılmasında maraqlı olduğunu dəfələrlə bəyan edib: 

"Ermənistan baş naziri Türkiyə ilə münasibətlərin normallaşması yönündə bir sıra addımlar atıb. Məsələn, Türkiyəyə ərazi iddialarından əl çəkib, qondarma "soyqırımın" əsassız olduğunu deyib, Ağrı dağının gerbdə əks olunmasına etirazını bildirib və s. Bununla yanaşı, daxildə türklərə qarşı nifrət dilinin azaldılması istiqamətində tapşırıqlar verib. Paşinyan Türkiyə ilə əlaqələr üzərindən Qərblə bağlarını daha da möhkəmləndirmək, təhlükəsizlik çətiri əldə etmək istəyir. Lakin baş nazirin Azərbaycan və Türkiyə ilə ayrılıqda danışıqlara getməsi qeyri-mümkündür. Azərbaycan və Türkiyə liderləri birmənalı vurğulayıblar ki, Ermənistanın hər iki ölkə ilə əlaqələri normallaşdırması kompleks şəkildə həllini tapmalıdır. Paşinyan yaxşı bilir ki, Ankara ilə münasibətləri düzəltmək Bakı ilə sülhün əldə olunmasından sonra mümkündür. Paşinyan hazırda bunu həll etməyə çalışır və göstərir ki, Azərbaycanla problemləri qalmayıb".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
sherg.az

2Mənbələr