AZ

Yüz mindən çox Range Rover geri çağırılır

ain.az, Oxu.az saytına istinadən bildirir.

Asqı sistemindəki mümkün qüsur səbəbindən ABŞ-də "Range Rover" və "Range Rover Sport" modelləri geri çağırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi üzrə Milli İdarəsi (NHTSA) məlumat yayıb.

Geri çağırma kampaniyası 2014-cü ildən 2017-ci ilə qədər ABŞ bazarında satılan 121 509 avtomobili əhatə edir.

Bildirilir ki, iyun ayında "Range Rover" və "Range Rover Sport" avtomobillərinin asqı elementlərinin çatlamasına dair şikayətlər daxil olub, bundan sonra araşdırmalar başlanılıb.

Bu günə olan məlumata görə, "Range Rover"dən 96, "Range Rover Sport"dan isə 14 şikayət daxil olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
4
oxu.az

6Mənbələr