AZ

"Range Rover" geri çağırıldı - ŞİKAYƏT VAR

Yazını böyüt
Yazını kiçilt

Asqı sistemindəki mümkün qüsur səbəbindən ABŞ-də "Range Rover" və "Range Rover Sport" modelləri geri çağırılıb.

Hafta.az xəbər verir ki, bu barədə ABŞ-ın Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi üzrə Milli İdarəsi (NHTSA) məlumat yayıb. Qeyd edilir ki, geri çağırma kampaniyası 2014-cü ildən 2017-ci ilə qədər ABŞ bazarında satılan 121 509 avtomobili əhatə edir.

Məlumata görə, iyun ayında "Range Rover" və "Range Rover Sport" avtomobillərinin asqı elementlərinin çatlamasına dair şikayətlər daxil olub, bundan sonra araşdırmalar başlanılıb.

Bildirilir ki, hələlik "Range Rover"dən 96, "Range Rover Sport"dan isə 14 şikayət daxil olub.

Seçilən
0
4
hafta.az

6Mənbələr