AZ

Serbiyada keçirilən etiraz aksiyalarında 42 polis yaralanıb

Serbiyada keçirilən qanunsuz etiraz aksiyaları zamanı azı 42 polis əməkdaşı yaralanıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri İvitsa Daçiç məlumat verib.

“26-sı Belqradda olmaqla 42 polis əməkdaşı yaralanıb. Qeyd edim ki, bu, ilkin məlumatdır və 42 rəqəmi minimumdur, bir neçə nəfər isə ağır yaralanıb. Əməliyyat tədbirləri hələ də davam edir. Hazırda 37 nəfər saxlanılıb”, - Daçiç mətbuat konfransında bildirib.

Seçilən
8
report.az

1Mənbələr